Cüdo çempionatı: Kim nə qədər qazandı?

10:32 25 Dekabr 2015

Dekabrın 23-ü və 24-də Bakı İdman Sarayında cüdo üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçirilib. Sportarena.az xəbər verir ki, yarışda paytaxt Bakı, eləcədə respublikamızın 23 şəhər və rayonunu təmsil edən 341 cüdoçu mübarizə aparıb.

 

İdmançılar 41 idman klubu və cəmiyyətini təmsil ediblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışların sonunda 14 cüdoçu qızıl, 13 gümüş və 23 atlet bürünc medal qazanıblar. Fəxri kürsüyə qalxan cüdoçulara medallar, Azərbaycan Cüdo Federasiyasının fəxri fərmanları və pul mükafatları təqdim olunub.

 

Qeyd edək ki, Azərbaycan çempionatının mükafat fondu 10250 (on min iki yüz əlli) manat olub. 1-ci yerin sahiblərinə 300 manat, 2-ci yeri tutanlara 200 manat və 3-cü yerlərə sahib olanlara 150 manat verilib.


Xəbər xətti