Atletika Federasiyasında ilin idman yekunu keçirildi

Sportarena.az      25 Dekabr 2018, 18:47

Bu gün Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Atletika Federasiyasının ilin idman yekunu keçirilib. Sportarena.az xəbər verir ki, tədbirdə Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə, AAF-ın vitse-prezidenti Tofiq Qarayev, baş katib Firat Hüseynov və digərləri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Çingiz Hüseynzadə bu il atletika federasiyasının uğurları və fəaliyyətindən danışıb. O, Bakı 2015 Avropa Oyunlarının atletika idman növü üçün də uğurlu olduğunu vurğulayıb. Rio 2016 Yay Olimpiya Oyunlarına lisenziyaların sayının artması, Azərbaycan idmanında atletikanın mühüm bir yer tutduğunu bir daha sübut edir.

 

Federasiyanın vitse-prezidenti Tofiq Qarayev və baş katibi Firat Hüseynov öz növbəsində bu ilin fəaliyyəti və uğurlarını qeyd ediblər.

 

Rəsmi çıxışdan sonra mükafatlandırılma mərasmi keçirilib. Mərasimdə ilin idmançısı, məşqçisi, hakimi və digər nominasiyalar üzrə mükafatlandırılanlar olub.

 

İlin idmançısı - Nazim Babayev, Anna Skidan
İlin məşqçisi - Ziyad Xalfayev,
İlin gənc idmançısı - Yelena Prextriyeva
İlin gənc məşqçisi - Elvin Əliyev
İlin hakimi - Kamal Əhmədov

 

(AAF-ın mətbuat xidməti)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin