Roy Hocson: "Runinin paltardəyişmə otağında nə qədər faydalı olmasının heç bir əhəmiyyəti yoxdur"

12:58 26 Dekabr 2015

İngiltərə millisinin baş məşqçisi Roy Hocson "Mançester Yunayted"in aparıcı futbolçusu Ueyn Runi haqqında danışıb.
Sportarena.az xəbər verir ki, Hocson açıqlamasında Runinin hələ yığmada oynayacaq formada olmadığını bildirib:
"Runinin paltardəyişmə otağında komanda yoldaşları üçün nə qədər faydalı olmasının heç bir əhəmiyyəti yoxdur. Bizə lazımdır ki, Runi oynasın, qol vursun və komandanı arxasınca aparsın. Ümid edirəm ki, o, "Avro-2016"nın final mərhələsinə qədər lazımi formasını yığacaq. Çünki yığmada heç bir futbolçunun yeri təmin olunmayıb. Milli komandada təcrübəli futbolçuların olması üstünlükdür".


Xəbər xətti