Millimizin üzvü ən yaxşılar arasında

13:53 26 Dekabr 2015

Qadın voleybolçular arasında CEV kubokunun statistikası açıqlanıb. 
Sportarena.az xəbər verir ki, ölkəmizi bu yarışda təmsil edən “Azəryol”un hücumçusu Yekaterina Jidkova da ən yaxşılar arasında yer alıb.
 
Azərbaycan millisinin də şərəfini qoruyan voleybolçu 1/16 və 1/8 final mərhələsinin yekununa əsasən açıqlanan bombardirlik siyahısında ilk “10-luğu” qapayır. Jidkova 4 oyunun 15 seti ərzində 65 xal toplayıb.
 
Siyahıya “Ximik”in (Ukrayna) oyunçusu Anastasiya Çernuxa başçılıq edir. Onun aktivində 126 dəqiq zərbəsi var. İkinci pillədə “Azəryol”un 1/4 finaldakı rəqibi – “Muşina”nın (Polşa) hücumçusu Adela Heliç (96 xal) qərarlaşıb. “Üçlüyü” isə 88 xalla Allison Mayfield (“Kanqasala”, Finlandiya) qapayır.


Digər xəbərlər

Xəbər xətti