Ölkə çempionatı start götürdü

14:49 26 Dekabr 2015

Boks üzrə böyüklər arasında ölkə çempionatına start verilib. 
Sportarena.az xəbər verir ki, yeni Boks Mərkəzində keçirilən yarışın ilk günündə 45 döyüş baş tutub.

60 kq çəki dərəcəsində çıxış edən "Baku Fires" klubunun üzvü Nəsrəddin Məmmədov mübarizəsiz növbəti mərhələyə yüksəlib. Onun rəqibi Quliyev rinqə çıxmayıb. Eyni çəkidə 2009-cu ilin dünya çempionatının iştirakçısı İlkin Ağayev "Gilan"ın boksçusu Zöhrab Əzimovu məğlub edib - 3:0. "Baku Fires"ind aha bir üzvü Həsən Arsunkayev isə Araz Gülməmmədova 2:1 hesabı ilə qalib gəlib.

69 kq çəkidə Tamerlan Abdullayev Coşqun Əliyevə öz gücünü göstərib - 3:0. Bu çəkidə "Gilan"ın idmançısı Saqi Salehli Şəmistan Novruzlunu məğlub edib - 3:0.

75 kq-da isə "Baku Fires"ın üzvü Jaba Xositaşvili Rahib Şabanova məğlub olub. Eyni çəkidə Nəbi bağırov orxan Məmmədovdan üstün olub.

Bundan başqa digər boksçulardan Elvin Qəmbərov və Nikolay Veselov da ilk döyüşlərində qələbə qazanıb.


Digər xəbərlər

Xəbər xətti