Şəhriyar Məmmədyarov liderin bir addımlığında

15:21 26 Dekabr 2015

Dohada “Qatar Masters Open 2015” beynəlxalq şahmat turniri davam edir. Turnirə 141 şahmatçı, o cümlədən 89 qrossmeyster qatılıb. Azərbaycanı qrossmeyster Şəhriyar Məmmədyarov təmsil edir.

Beş turdan sonra 4,5 xal toplayan Maqnus Karlsen (Norveç) irəlidədir. Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov, habelə Surya Şekar Qanquli (Hindistan), Aniş Giri (Hollandiya), Sergey Karyakin, Vladimir Kramnik (hər ikisi Rusiya), Dariuş Sverç (Polşa), Uesli So (ABŞ), Yuy Yani liderdən yarım xal geri qalırlar.

Bu gün turnirdə istirahət günüdür.

Turnirin 130 min ABŞ dolları məbləğində mükafat fondu uğrunda 32 ölkənin təmsilçiləri mübarizə aparırlar.

“Qatar Masters Open 2015” İsveçrə sistemi üzrə 9 turda keçirilir.

Turnirin qalibləri dekabrın 30-da müəyyən olunacaq. 


Xəbər xətti