Çempionlar Liqasının "ən pis" nəticələri

16:52 26 Dekabr 2015

Məhşur idman saytlarından biri olan "goal.com" Çempionlar Liqasının antirekordlarını sıralayıb.

Sportarena.az saytı olaraq çempionların göstərdiyi "ən pis" nəticələri sizlərə təqdim edirik:

 

Qrup mərhələsini 0 xalla başa vuran komandalar:

"Koşitse" (Slovakya), "Fənərbaxça" (Türkiyə), "Spartak" (Moskva, Rusiya), "Anderlext" (Belçika), "Rapid" (Avstriya), "Levski" (Bolqarıstan), "Dinamo" (Kiyev, Ukrayna), "Debretsen" (Macarıatan), "Makkabi" (Hayfa, İsrail), "Vilyareal" (İspaniya), "Otelul Qalatsi" (Rumıniya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Marsel" (Fransa)


Çempionlar Liqasının böyükhesablı məğlubiyyətləri:

"Dinamo" (Buxarest, Rumıniya) - "Krusaders" (Şimali İrlandiya) - 12:0

"Liverpul" (İngiltərə) - "Beşiktaş" (Türkiyə) - 8:0

"Dinamo" (Kiyev, Ukrayna) - "Barri Taun" (Uels) - 9:0

"Partizan" (Serbiya) - "Ril" (Uels) - 8:0


Qrup mərhələsinin bütün oyunlarını heç-heçə ilə başa vuran komanda:

AEK (Yunanıstan) - 2002/2003 mövsümün qrup mərhələsində keçirdiyi 6 oyunun hamısında heç-heçə edib.


Oynadığı final matçlarının hamısında uduzan komandalar:

"Reyms" (Fransa) - 1956, 1959, "Valensiya" (İspaniya) - 2000, 2001, "Atletiko" (Madrid, İspaniya) - 1974, 2014

 

Çempionlar Liqasının finallarında meydandan qovulan futbolçular:

2006-cı ildə "Arsenal"ın qapıçısı Yens Lemman "Barselona" ilə görüşün 18-ci dəqiqəsində meydandan qovulub.

2008-ci ildə "Çelsi"nin hücumçusu Didye Droqba "Mançester Yunayted"lə oyunda meydandan qovulub.

 

Çempionlar Liqasında ən çox qırmızı vərəqə alan futbolçular:

Zlatan İbrahimoviç və Edqar Davids - hərəyə dörd dəfə qırmızı vərəqə ilə cəzalandırılıb.


Çempionlar Liqasında ən çox sarı vərəqə alan futbolçu:

"Mançester Yunayted"in sabiq futbolçusu Pol Skoulz turnirdə 32 sarı vərəqə alıb.

 

Çempionlar Liqasında ən az xalla qrupdan çıxmağı bacaran komanda:

1994/1995 mövsümündə cəmi 5 xalla qrupdan çıxan "Milan" finala qədər irəliləyib.


Çempionlar Liqasında 12 xalla qrupda qalan komanda:
 
"Napoli" 2013/2014 mövsümündə 12 xal toplamasına baxmayaraq, qrup mərhələsini 3-cü pillədə tamamlayıb. Həmin vaxt "Arsenal" və "Borussiya" (Dortmund) mərhələ adlayan tərəf olub.


Çempionlar Liqasının qrup mərhələsində qol vura bilməyənlər:

"Deportivo" (İspaniya) 2004/2005, "Makkabi" (Hayfa, İsrail) isə 2009/2010 mövsümündə qrup mərhələsində bir qol belə vura bilməyiblər. 


Xəbər xətti