Lui Van Qal: "İstefa verə bilərəm"

00:12 27 Dekabr 2015

Ardıcıl 3 oyun məğlub olan "Mançester Yunayted" klubun baş məşqçisi Lui Van Qal istefa vermək fikrində olduğunu açıqlayıb.
Sportarena.az xəbər verir ki, İngiltərə Premyer Liqasının XVIII turunda "Stok Siti"yə 2:0 hesablı məğlubiyyətindən sonra verdiyi açıqlamada:
"Ard-arda üç oyunda məğlub olduq. Vəziyyət dəyişdi. Uduzulan matçlarda komandanın başında mən olmuşam. Ona görə də insanların məndən gözləntiləri var. Klub rəhbərliyinin yanımda olub-olmadığını görəcəyik. Klub məni qovmaq məcburiyyətində deyil, bunu mən də edə bilərəm" deyə fikir bildirib.


Xəbər xətti