Məmmədyarov məğlub oldu, 1-ci yerdən 5-ci yerə yuvarlandı

23:18 28 Dekabr 2015

“Qatar Masters Open-2015” beynəlxalq şahmat turnirinin başa çatmasına 2 tur qalıb.

Sportarena.az xəbər verir ki, 7-ci turda Hindistan təmsilçisi Şekhar Suriya Ganguli üzərində qələbəsindən sonra turnirə liderlik edən Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenə uduzub.

Məmmədyarov 5,5 xal ilə 5-ci yerdə qərarlaşıb. Turnir cədvəlinə 6,5 xalla Karlsen başçılıq edir.


Digər xəbərlər

Xəbər xətti