Ulduz futbolçu metrodan istifadə edir - FOTO

11:47 29 Dekabr 2015

"Barselona"nın türk ulduzu Arda Turan metroda görünüb. Sportarena.az xəbər verir ki, dünən İstanbuldakı tıxaclardan bezən futbolçu ictimai nəqliyyat vasitəsindən istifadə etməyə qərar verib.

 

Ardanı metroda görənlər təəccüblərini gizlədə bilmədilər. 68 yaşlı modelyer Cihan Sarıkaya da futbolçunun yanına gələrək "sən o məşhur futbolçu deyilsən, oğlum?" deyə soruşub. Arda onun dediyini təsdiq edib. Daha sonra ikili selfi çəkdirib.


Digər xəbərlər

Xəbər xətti