Ardanın "Barselona"dakı nömrəsi məlum oldu

21:49 29 Dekabr 2015

"Barselona"nın Türkiyəli futbolçusu Arda Turanın yeni komandasında geyəcəyi forma müəyyənləşib. 

Sportarena.az xəbər verir ki, Arda Pedronun gedişindən sonra boş qalan 7 nömrə ilə çıxış edəcək. Türkiyəli yarımmüdafiəçinin Xavinin formasını götürəcəyi gözlənilirdi. Lakin 6 nömrəni Dani Alveş götürüb.Braziliyalı müdafiəçidən boşalan 22 nömrə ilə isə Aleiş Vidal oynayacaq.

Qeyd edək ki, Arda Turanın 6 yanvarda "Espanyol"la oyunda debüt etməsi gözlənilir.


Xəbər xətti