"Neftçi"nin futbolçuları Rusiyaya gedir

12:49 30 Dekabr 2015

2016-cı ildə Bakıda keçiriləcək Avropa çempionatının final mərhələsinə hazırlaşan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası beynəlxalq turnirdə iştirak edəcək.

 

Sportarena.az xəbər verir ki, yanvarın 2-dən 13-dək Rusiyanın Sankt-Peterburq şəhərində baş tutacaq turnirə “Neftçi”nin 6 futbolçusu – Bahadur Həziyev, Pilağa Mehdiyev, Elçin Əsədov, Kamran İbrahimov, Aslan Bədəlzadə və Ərziman Rizvanov dəvət olunublar.


Digər xəbərlər

Xəbər xətti