"Real" yeni mövsümə yeni heyətlə başlayacaq

23:57 2 Yanvar 2016

"Real" klubunun prezidenti Florentino Peres yayda komandanı ciddi şəkildə yeniləməyi qərara alıb.

Sportarena.az xəbər verir ki, La Sexta telekanalının  El Chiringuito verilişində deyilənə görə komandanın baş məşqçisi Rafael Benites çox güman ki, istefaya göndəriləcək. Bu hadisə yaya qədər baş verəcək.

Bundan başqa Peres ümumi dəyəri 200 milyon avroya yaxın olan 9 futbolçunu satacaq.
Real Kriştiano Ronaldonu 60  , Serxio Ramosu isə 40 milyona satmağı planlaşdırır.
Bundan başqa komandanı Kərim Benzema , Toni Kroos, Xese , İsko , Alvaro Arbeloa , Keylor Navas və Denis Çerışev tərk edə bilər.

Qeyd edək ki, mənbənin məlumatına görə komandanın yayda əsas transfer hədəfləri Eden Azar , David De Xea və Robert Levandovski olacaq.


Xəbər xətti