Məhşur qapıçı evləndi - FOTO

23:15 3 Yanvar 2016

"Qalatasaray"ın uruqvaylı qapıçısı Fernando Muslera evlənib. 

Sportarena.az xəbər verir ki, təcrübəli qolkiper sevgilisi Patrisia Kallero ilə münasibətlərini rəsmiləşdirib.
Musleranın yaxınlarının qatıldığı nigah mərasimi vətəni Uruqvayın paytaxtı Montevideoda baş tutub. Uruqvaylı qapıçı sevgilisi Patrisia ilə 30 dekabr da subaylığın daşını atıb.Həmin gün onun nikah mərasimi olub. Kilsədəki ayin isə bu günə planlaşdırılıb. 

“Bu dinimizə görə çox vacibdir. O qədər də romantik deyiləm, amma bunun üçün çox çalışdım. Sevgilim əvvəl Uruqvayda yaşayırdı, mən isə Türkiyədə. Onu yanıma gətirməliydim. Böyük əziyyətdən sonra qızın atasından icazə alaraq onu bura gətirməyə nail oldum”,-deyə Muslera bildirib. Fernando Muslera evlənəcəyi tarixini "İnstagram" səhifəsində də izləyiciləri ilə bölüşüb.


Xəbər xətti