Əl-Şəravinin yeni klubu məlum oldu

23:59 3 Yanvar 2016

"Roma" Stefan Əl-Şəravinin transferi ilə bağlı "Milan"la razılığa gəlib.

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi futbolçunu icarəyə götürəcək və sonra da 12 milyon avroya transfer etmək hüququna sahib çıxacaq.
"Roma"nın heyətində müəyyənləşdirilmiş sayda oyun keçirəcəyi halda transfer mütləqdir.

Qeyd edək ki, mövsümün ilk hissəsində Əl-Şəravi "Monako"da çıxış edirdi. Lakin knyazlıq təmsilçisi onu saxlamaqdan imtina edib.


Xəbər xətti