Millimizin qapıçısı Birləşmiş Ərəb Əmirliklərinə gedir

13:41 4 Yanvar 2016

Azərbaycanlı qapıçı Emil Balayevin şərəfini qoruduğu Almaniyanın“Ayntraxt” klubu qış təlim-məşq toplanışını keçirmək üçün bu gün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanacaq. Sportarena.az xəbər verir ki, Frankfurt təmsilçisi Bundesliqanın ikinci dövrəsinə Əbu-Dabi şəhərində hazırlaşacaq.

 

"Ayntraxt" Əbu-Dabiyə 4 qapıçı ilə yollanacaq. Lukaş Qradeçki, Haynts Lindler və Yannik Zummakla yanaşı, Emil Balayev də toplanışa qatılacaq. Həmyerlimizə stomatoloji əməliyyatdan sonra istirahət verilmişdi. Hazırda özünü yaxşı hiss edən Balayevin toplanışda iştirak etmək üçün problemi qalmayıb.


Digər xəbərlər

Xəbər xətti