Arda üçün "Barselona"da debüt şansı

19:07 5 Yanvar 2016

Türkiyə milisinin yarımmüdafiəçisi Arda Turan "Barselona"nın heyətində ilk rəsmi matçına çıxa bilər.

 

Sportarena.az xəbər verir ki, Arda komanda yoldaşı Aleks Vidalla birgə "Espanyol"la keçiriləcək kubok matçının "18"liyinə daxil edilib.

 

Bu isə o deməkdir ki, hər iki futbolçu sabah "Espanyol"la keçiriləcək görüşdə oynaya biləcək. Sergi Roberto, Rafinya, Klaudio Bravo, Duqlas, Sandro və Adriano isə sabahkı oyunda iştirak etməyəcək.


Xəbər xətti