Pep Quardiola: "Hələlik harada işləyəcəyimə qərar verməmişəm"

23:35 5 Yanvar 2016

Avropanın nəhəng klublarından biri olan "Bavariya"nın baş məşqçisi Pep Qvardiola müqaviləsinin yeniləməməsinin səbəbini açıqlayıb.
Sportarena.az xəbər verir ki, İngiltərə Premyer Liqasında çalışmaq arzusunda olan ispaniyalı mütəxəssis açıqlamasında: "Bavariya" ilə müqavilə yeniləməməyimə səbəb İngiltərə Premyer Liqasında çalışmaq istəyimlə bağlıdır. Hələlik, harada işləyəcəyimə qərar verməmişəm. Lakin artıq özümü yeni ölkədə sınamaq istəyirəm. Bir klubda üç il çalışmaq mənim üçün kifayətdir. Bu səbəbdən də mövsümün sonunda "Bavariya"dan ayrılmağa qərar verdim" deyə fikir bildirib.
Qeyd edək ki, mövsümün sonunda "Bavariya"dan ayrılacaq Qvardiolanı Münhen təmsilçisində Karlo Ançelotti əvəzləyəcək. Qvardiolanın isə karyerasını "Mançester Siti"də davam etdirəcəyi iddia olunur.


Digər xəbərlər

Xəbər xətti