Prosineçkidən "Real"dakı baş məşqçi dəyişikliyinə münasibət

12:37 6 Yanvar 2016

Madrid "Real"ın da Rafael Benitesin istefaya göndərilməsindən sonra baş məşqçi postuna Zinəddin Zidan gətirilib. Sportarena.az xəbər verir ki, bu dəyişiklik barədə millimizin baş məşqçisi Robert Prosineçki Goal.com saytına açıqlama verib:

 

"Benites ilk gündən Madriddə azarkeşlər tərəfindən qəbul edilmədi. Son həftələr onun üzərində güclü təzyiqlər hökm sürdü və sonda istefaya göndərildi. "Real" nəyisə dəyişməli idi və bunu da etdi. Baş məşqçi postuna Zidanın gətirilməsi isə fikrimcə, doğru qərardır. Beintes əsl əfsanə ilə əvəzləndi. Zidan Madrid klubu ilə futbolçu kimi bir sıra uğurıar qazanıb. Düşünürəm ki, o, azarkeşlərin güclü dəstəyi ilə baş məşqçi kimi də özünü doğruldacaq".

 

Qeyd edək ki, Prosineçki 1991-1994-cü illərdə "Real"da çıxış etdiyi vaxtda çıxdığı 55 matçda 10 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti