Qvardiolanın hansı klubu seçəcəyi məlum oldu

22:29 6 Yanvar 2016

Qvardiolanın hansı kluba gedəcəyi məlum olub.
Sportarena.az xəbər verir ki, bu barədə "Sky Sport Germany" məlumat yayıb. 
“Bavariya”nın baş məşqçisi Qvardiolanın yayda ingilis klubuna keçməsi artıq dəqiqləşib: “Biz əminik ki, Pep Qvardiola bu yay “Mançester Siti”nin baş məşqçisi olacaq”.
Bir müddət öncə Pep “Bavariya”dan ayrılacağını bildirib. Lakin o, hansı kluba keçəcəyini deməyib. 

Qeyd edək ki, "Mançester Siti"nin hazırkı baş məşqçisi Manuel Peleqrinidir. "Şəhərlilər" İngiltərə çempionatında lider "Arsenal"dan 3 pillə geriləyərək 3-cü yerdə qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti