"Qalatasaray"da ciddi itki

01:17 7 Yanvar 2016

Burak Yılmaz və Uesli Sneyder zədəli olmasından dolayı çətinlik çəkən Türkiyənin "Qalatasaray" futbol klubu daha bir şansızlıq yaşayıb.

Sportarena.az xəbər verir ki, komandanın almaniyalı ulduzu Lukas Podolski "Kayserispor"la keçirilən matçın 55-ci dəqiqəsində zədələnərək meydanı tərk edib. Sağ ayağından zədə alan futbolçu müalicə almaq üçün Almaniyaya gedib.

Qeyd edək ki, futbolçunun nə vaxt Türkiyəyə qayıdacağı Almaniyada həkim müayinəsindən keçdikdən sonra bəlli olacaq.


Xəbər xətti