Emil Balayev qoruyucu maskada - FOTO

10:16 8 Yanvar 2016

Azərbaycan yığmasının qapıçısı Emil Balayev Almaniyanın "Ayntraxt" klubunda məşqləri bərpa edib.

Sportarena.az xəbər verir ki, futbolçumuzun komandası yanvarın 4-dən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təlim-məşq toplanışındadır.

Yığmamızın qapıçısı da komandası ilə birgə bu hazırlıqda iştirak edir. Balayev məşqlərə xüsusi qoruyucu maska ilə çıxır. Buna səbəb onun ötən il məruz qaldığı cərrahiyyə əməliyyatdır.


Xəbər xətti