Arda "Barselona"da problemlə üzləşdi

16:34 8 Yanvar 2016

"Barselona" fubol klubunda ilk oyununa çıxan Arda Turanın problemləri yaranıb. Sportarena.az xəbər verir ki, futbolçunun meneceri Ahmet Bulut bürokratik problemlərlə üzləşdiyi üçün İspaniya Futbol Federasiyasına şikayət edib.

 

İspaniyada dəyişən maliyyə qaydalarına görə menecerlik işlərinin sadəcə şirkətlər tərəfindən idarə edilə biləcəyini qeyd edən "Barselona" türk fubolçu ilə müqaviləsindəki məbləğləri Ahmet Buluta ödəməkdən imtina edib.

 

A.Bulut isə 6 ay öncə bağlanan müqaviləyə əməl etmədikləri üçün federasiyaya müraciət edib. Tərəflər arasındakı müqavilə anlaşılmazlığının nəticəsi hələ bəlli deyil.


Digər xəbərlər

Xəbər xətti