Yığmamızın heyəti açıqlanıb: final mərhələsinə hazırlaşacaqlar

23:11 8 Yanvar 2016

Futzal üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına hazırlıq məqsədilə Bakıda Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək.

Sportarena.az xəbər verir ki,  yanvarın 11-də start götürəcək toplanışa on beş futbolçu dəvət alıb.

Final mərhələsinin hazırlığında Rövşən Hüseynli, Elnur Zamanov, Emin Kürdov, Rizvan Fərzəliyev, Vitali Borisov, Rafael Durval, Auqusto Sezar, Amadeu Fernandes, Ramiz Çovdarov, Samir Həmzəyev, Zeynal Zeynalov, Fineo de Arauyo, Eduardo Mello Borqes, Xətai Bağırov və İsa Atayev iştirak edəcək.

Toplanış yanvarın 19-dək davam edəcək. 


Digər xəbərlər

Xəbər xətti