Xabi Alonso: "O, mənim gördüyüm ən yaxşı məşqçidir"

23:36 9 Yanvar 2016

“Bavariya” klubunun yarmmüdafiəçisi Xabi Alonso Xosep Qvardiolanın komandanın baş məşqçiliyindən getməsinə münasibət bildirib. 
Sportarena.az xəbər verir ki, yayda komandadan ayrılan Qvardiolanın getməsini istəməyən Alonso: “Mən artıq komanda yoldaşlarıma demişəm Ançelotti necə məşqçidir. Karlo dahi məşqçidir. O, Çempionlar liqasında “Milan” və “Real Madrid” klubları ilə möhtəşəm uğura imza atıb. Biz hamımız istərdik ki, Qvardiola komandada qalsın. Pep mənim çalışdığım məşqçilərin arasından ən yaxşısıdr”,- deyə bildirib. 
Qeyd edək ki, yayda komandadan ayrılacağı dəqiqləşən Qvardiolanın yerinə Karlo Ançelottinin gələcəyi bildirilib.


Xəbər xətti