İngiltərə nəhəngləri Qvardiola uğrunda mübarizəyə hazırlaşır

00:25 10 Yanvar 2016

Mövsümün sonunda "Bavariya"dan ayrılacaq Xosep Qvardiolanın yeni iş yeri hələ bəlli deyil.

Sportarena.az xəbər verir ki, onun uğrunda 3 ingilis klubunun  "Mançester Yunayted", "Mançester Siti" və "Çelsi"nin mübarizə apardığı deyilir. İspan mütəxəssisə illik 25 milyon avro maaş və limitsiz transfer xərci təklif edən "Mançester Siti"nin bu yarışda bir addım öndə olduğu bildirilirdi. Amma Joze Mourinyonu istefaya göndərib komandanı mövsümün sonunadək Quus Hiddinkə tapşıran "Çelsi" geri çəkilmək niyyətində deyil. Məlumata görə, klubun rusiyalı sahibi Roman Abramoviç Qvardiolaya "Mançester Siti"nin təklifi ilə rəqabət apara biləcək bir təkliflər paketi ilə müraciət etməyə hazırlaşır.


Xəbər xətti