İbrahimoviç yenə böyük danışdı

22:59 11 Yanvar 2016

Özünəməxsus ifadələri ilə həmişə gündəmdə olan Fransanın PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç verdiyi müsahibə ilə hamını təəcübləndirib.
Sportarena.az xəbər verir ki, İsveç yığmasının hücumçusu İbrahimoviç canlı yayım zamanı verdiyi açıqlamada: "Mənim oynadığım klubların uğur qazanmağının səbəbi komandada oynamağımdır. Mən məğlub olan zaman dəhşətli hislər keçirirəm. Mənim uçün oyunda məğlub olmaq anormallıqdır. Əminəm ki, Avropa çempionatında Fransadakı bir çox futbol azarkeşləri məni daha çox bəyənəcəklər, nəinki Fransa yığmasını." - deyə fikir bildirən futbolçu Fransa yığmasının azarkeşlərini qəzəbləndirib.

 


Xəbər xətti