Yığmamız Belarusa uduzdu - YENİLƏNİB

14:55 12 Yanvar 2016

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, yığmamız 7-ci yer uğrunda oyunda Belarusun U-19 komandası ilə qarşılaşacaq. Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək qarşılaşma yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 13:00) başlayacaq.

 

Valentin Qranatkin turniri

12 yanvar

13:00. Azərbaycan U-17 - Belarus U-19 1:2

Qollar: Doğukan Özküs, 44 - Sergey Diçenkov, 77, Pavel Kuptsov, 81


Digər xəbərlər

Xəbər xətti