"Sumqayıt" millimizlə qüvvəsini sınayacaq

15:23 12 Yanvar 2016

Əsas komanda ilə yanaşı "Sumqayıt"ın əvəzediciləri də çempionatın III dövrəsi üçün hazırlığa start verib.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Rövşən Babayevin rəhbərlik etdiyi komanda artıq 3 gündür ki, təlim-məşq toplanışını davam etdirir. Hazırda heyətdə akademiyadan dəvət olunmuş bir neçə futbolçu da yer almaqdadır.

 

Əvəzedici komanda hazırlıq mərhələsi çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Artıq ilk rəqib də məlumdur. Belə ki, əvəzedicilər yanvarın 14-də "Dalğa Arena"da 19 yaşadək futbolçulardan ibarət milli komandamızla yoxlama oyunu keçirəcək. Həmin qarşılaşma saat 15:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti