"Turnirə Avropa çempionatına hazırlıq gözü ilə baxırdıq" - Təbriz Həsənov

16:03 12 Yanvar 2016

"Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Pis oynamadıq. Sonda yorğunluq sözünü dedi. Hesabda öndə olanda da müdafiə olunmaq barədə düşünmürdük. Rəqib sonda təzyiqi artıraraq, qollar vurdu".

 

Sportarena.az "futbolxeber.az"a istinadən xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 7-ci yer uğrunda Belarusa qarşı keçirdikləri oyundan sonra deyib.

 

Həsənov komandasının turnirdəki çıxışını normal qiymətləndirib: "Daha əvvəl də demişdim ki, biz turnirə Avropa çempionatına hazırlıq gözü ilə baxırdıq. AFFA rəhbərliyi də komandanın uğurlu çıxışı üçün əlindən gələni edir. Ümumi götürəndə 7-ci və ya 8-ci olmaq arasında ciddi fərq yoxdur. Buraxdığımız ikinci qola görə qapıçını günahlandırmaq istəməzdim. Futbol səhvlər oyunudur".

 

Qeyd edək ki, rəqibinə 1:2 hesabı ilə uduzan Azərbaycan millisi turnirdə iştirak edən 14 komanda arasında 8-ci olub.


Digər xəbərlər

Xəbər xətti