Eddi İsrafilov oynadı, komandası kubokla vidalaşdı

12:14 14 Yanvar 2016

İspaniya kubokunda 1/8 final matçının cavab görüşləri keçirilib.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi "Eybar" "Las Palmas"ın qonağı olub. Meydan sahibləri görüşdən ilk matçda da olduğu kimi, 3:2 hesabı ilə qalib gələrək adını 1/4 finala yazdırıb.

 

Qeyd edək ki, matça start heyətində çıxan Eddi İsrafilov fasilədə əvəzlənib. Yığmamızın üzvü matçın 36-cı dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.


Digər xəbərlər

Xəbər xətti