"İnter"ə qarşı yaxşı oynadıq" - "Verder"in baş məşqçisi

13:14 14 Yanvar 2016

Bakı "İnter"i yoxlama oyununda "Verder"in ikinci komandasına 0:1 hesabı ilə məğlub olub. Sportarena.az xəbər verir ki, Almaniya klubunun baş məşqçisi Aleksandr Nuri oyun haqda fikirlərini klubun rəsmi saytına bölüşüb:

 

"İnter"lə oyun bizim üçün növbəti ciddi sınaq idi. Oyun ritmimizi tapmaq və məşqlərin bizə nə verdiyini başa düşmək istəyirdik. Bütövlükdə, yaxşı oynadıq. Həm də nəzərə almaq lazımdır ki, rəqibimiz bu mövsüm Avropa Liqasında oynamış komanda idi".


Digər xəbərlər

Xəbər xətti