FİFA-dan "Real" və "Atletiko"ya ŞOK qadağa

18:19 14 Yanvar 2016

Madridin iki nəhəngi - "Real" və "Atletiko" FİFA-dan gələn xəbərlə sarsılıb. Sportarena.az xəbər verir ki, ali futbol qurumu hər iki komandaya trasfer qadağası qoyub.

 

Bəzi oyunçuların alınmasında qanunsuzluq etdiyi açıqlanan klublar 2016/17 mövsümündə heyətinə yeni futbolçular qata bilməyəcəklər.

 

Bundan başqa, FİFA hər iki klubaq pul cəriməsi də kəsib. "Atletiko" 825, "Real" isə 330 min avro məbləğində cərimələniblər.


Digər xəbərlər

Xəbər xətti