Yığmamızın heyətində dəyişiklik

22:06 15 Yanvar 2016

Avropa çempionatının final mərhələsinin oyunlarına hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. 
 Səhhətində problem yarandığı üçün İsa Atayev hazırlıq prosesindən kənarlaşdırılıb. Onun əvəzinə Namiq Məmmədkərimov və Rəcəb Fərəczadə toplanışa dəvət edilib.
 


Xəbər xətti