Zaur Svanadze: "Sadəcə, onu bilirəm ki..."

22:30 15 Yanvar 2016

"Bu, bizim Antalyada ikinci yoxlama oyunumuz idi. Əlbəttə, uşaqlarda yorğunluq var idi. Amma normal oynadığımızı düşünürəm."
Sportarena.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze "Verder"lə(0:1) oynanılan yoldaşlıq görüşündən sonra deyib:
"Çalışmalarımız davam edir. Yeni futbolçulara gəlincə, Kamran Ağayevlə Vüqar Nadirov normal təsir bağışlayır. Qara Qarayev gənc olsa da, onun da yaxşı perspektivi var. Ardıcıl ikinci oyundur onu meydana buraxıram və hələ ki, razıyam. Yeni transferlərimizin olub olmayacağını bilmirəm. Sadəcə, onu bilirəm ki, klubda bu yöndə işlər davam etdirilir. Toplanışımız normal keçir. Təəssüf ki, zədəsiz ötüşə bilmirik. Mirhüseyn Seyidovla Mirsahib Abbasov zədəlidir. Rauf Əliyevin də müalicəsi davam edir".

 


Xəbər xətti