Hiddink: "İngiltərə premyer liqası təəccübləndirməyi bacarır"

17:27 16 Yanvar 2016

Çelsinin baş məşqçisi Qus Hiddink komandanın turnir vəziyyətindən danışıb.
"4-cü yerdən bizi 12 xal ayırır. Hamımız turnir cədvəlinin üst sıralarına baxmaqdan xoşlanırıq. Lakin bir qədər realist olmaq lazımdır. Biz eyni zamanda düşmə zonasından da 6 xal aralıdayıq. Bu da bir faktdır.

Gərgin işləmək lazımdır. İrəliləmək üçün bütün xallara ehtiyacımız var.Məhz bu səbəbdən də 86-cı dəqiqədə "Vest Bromviç"in hesabı bərabərləşdirməsindən çox üzüldük. Bu qələbəyə ehtiyacımız var idi.

Mən gələndə düşmə zonasının 1 xallığında idik. İndi dərindən nəfəs almağa imkanımız var.Lakin qarşıda bizi 2 çətin görüş gözləyir. "Everton" son 10 oyunun 9-da xal qazanıb. 

Xüsusilə də "Liverpul" təmsilçisinin səfərdəki nailiyyətləri diqqət çəkir. Bundan sonra isə "Arsenal"la oyun var.

İngiltərə premyer liqası təəccübləndirməyi bacarır", – deyə Hiddink qeyd edib.


Digər xəbərlər

Xəbər xətti