Prosineçki və köməkçiləri iş başında: Daha 3 oyunu izlədilər

17:57 17 Yanvar 2016

Topaz Premyer Liqası klublarının təlim-məşq toplanışı və yoxlama oyunlarını izləmək üçün Türkiyənin Antalya şəhərində olan Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki, məşqçilər Qordan Tsipriç və Draqan Spasiç daha 3 oyunu izləyiblər.

 

Sportarena.az xəbər verir ki, məşqçilər korpusu “Qəbələ” – “Osnabryuk” (Almaniya), “Qarabağ” – “Rot-Veiss Essen” (Almaniya) və “Zirə” – “Ordabaşı” (Qazaxıstan) oyunlarına baxıblar.


Xəbər xətti