Yeniyetmə güləşçilər 20 yanvar şəhidinin xatirə turnirində yarışdı

13:31 18 Yanvar 2016

Hövsan Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında sayca 19-cu beynəlxalq turnir keçirilib. Sportarena.az xəbər verir ki, yarış iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib.

 

Sonra onlar Şəhidlər xiyabanında dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad ediblər.

 

Daha sonra yarışların açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, ölkə başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikamızda bütün idman növləri inkişaf etdirilir və sevindirici haldır ki, bu sırada güləş xüsusi yer tutur.

 

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev bildirib ki, Azərbaycanda güləş tarixən geniş yayılan qədim idman növlərindən biri olub. Son illər ölkəmizin paytaxtı Bakı şəhəri dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Namiq Abdullayev yarışın əhəmiyyətini yüksək qiymətləndirib, pəhləvanlarımızın ötən il qazandıqları nailiyyətlərdən danışıb və iştirakçılara uğurlar arzulayıb. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildilib.

 

Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Azərbaycan Güləş Federasiyasının birgə keçirdikləri turnirdə ölkəmizin bütün şəhər və rayonlarından, eləcə də Rusiya və Gürcüstandan 134 yeniyetmə güləşçi mükafatlar uğrunda mübarizə aparıb. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən, 10 çəki dərəcələri üzrə qaliblər müəyyənləşib. Yeniyetmə güləşçilərimiz uğurlu çıxışlarıyla yadda qalıblar. Belə ki, 7 çəki dərəcəsində Azərbaycan idmançıları birinci olublar. Rusiya güləşçiləri 2, Gürcüstan komandası isə 1 qızıl medal qazanıb.

 

42 kq
1. Mahir Məmmədov - Lənkəran, Gömrük
2. Elgün Səmədov - Qəbələ
3. Tehran Əliyev - Abşeron, Neftçi İK
3. Ramiz Həsənov - Gəncə, YİUM

 

46 kq
1. Əsgər Məmmədəliyev - Sumqayıt
2. Asif Məhərrəmov - Gəncə, TİM
3. Əlmuxtar Abbasov - Azəri İK
3. Ayxan Əliyev - Şəmkir Gİİ

 

50 kq
1. Əşrəf Aşurov - Qazax Gİİ
2. Çoban İsmayılzadə - Neftçi İK
3. Həzrət Maqsudov - Siyəzən, Neftçi İK
3. Vüsal Hüseynov - Siyəzən, Neftçi İK

 

54 kq
1. Turan Bayramov - Gəncə, Təhsil İC
2. Maqomedqadji Kasumov - Rusiya
3. Məhəmməd Kazımov - Cəlilabad
3. Şahin Əlifzadə - Abşeron

 

58 kq
1. Vahid Əlizadə - Neftçi İK
2. Bayram İsmayılov - Şəmkir Gİİ
3. Elmar İbrahimov - Ağstafa
3. Sabutay Əmişov - ROİL

 

63 kq
1. Maqomed Surxoev - Rusiya
2. Orxan Əliyev - Şirvan, Neftçi İK
3. Almazbek Süleymanov - Atasport
3. Hüseyn Hüseynzadə - Gömrükçü İSM

 

69 kq
1. Goga Mamiauri - Gürcüstan
2. Agil Mamgogli - Gürcüstan
3. Fuad Mayılov - Azəri İK
3. Nəsib Osmanov - Ağstafa Gİİ

 

76 kq
1. Rəşad Yusifli - Abşeron
2. Abdulmüslüm Məmmədov - Atasport
3. Emin Nəcəfzadə - Neftçi İK
3. Giorgi Berqavadze - Gürcüstan

 

85 kq
1. Əhliman Quliyev - Neftçi İK
2. Yelmar Nəbiyev - Xəzri İK
3. Sənan Əliyev - Azəri İK

 

100 kq
1. Vahit Goloev - Rusiya
2. İdris Abduraxmanov - Rusiya
3. Əli Əminov - Gömrükçü İSM
3. Ashab Həmzəyev - Azəri İK


Digər xəbərlər

Xəbər xətti