Azərbaycanlı boksçu ABŞ-da vəfat etdi

23:38 18 Yanvar 2016

ABŞ-da yaşayan azərbaycanlı boksçu Emil İsrafilbəyov vəfat edib.
Sportarena.az xəbər verir ki, "Emil Baku" ləqəbli idmançı beyin xərçəngi xəstəliyindən dünyasını dəyişib. Bir müddət əvvəl Emil İsrafilbəyovun ağır xəstəliyə tutulması barədə məlumat yayılmışdı. Bu haqda onun yaxınları sosial şəbəkələrdə yazmışdı. Məşhur idmançının beyin şişi xəstəliyindən əziyyət çəkdiyi barədə xəbər verilirdi. Emilin yaxlını olan İvetta Miller adlı “Facebook” istifadəçisi də boksçunun durumunun yaxşı olmadığını bildirib və hamını Emilə maddi və mənəvi dəstək olmağa çağırmışdı.

Qeyd edək ki, Emilin dostları sosial şəbəkələrdə çağırış edərək idmançıya maddi və mənəvi dəstək olmaq üçün kampaniyaya başlamışdı.


Digər xəbərlər

Xəbər xətti