Şahmatçımız məğlub oldu

11:07 19 Yanvar 2016

Hollandiyanın Veyk-an-Zee şəhərində “Tata Steel Chess” superturnirində növbəti turun oyunları keçirilib. Sportarena.az xəbər verir ki, yarışın III günündə Şəhriyar Məmmədyarov Pavel Elyanovla üz-üzə gəlib.

 

Qrossmeysterimiz ağ fiqurlarla oynasa da, məğlubiyyətə üzülüb. Ukraynalı şahmatçı həmyerlimizi mat edib.

 

Bu məğlubiyyətdən sonra aktivində cəmi 1 xalı olan Məmmədyarov Aniş Giri (Hollandiya) ilə 12-13-cü yerləri bölüşür. Lider Fabiano Karauna (ABŞ) isə təmsilçimizi 1,5 xal qabaqlayır.

 

III tur

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Pavel Elyanov (Ukrayna) – 0:1

 

Qeyd edək ki, Şəhriyar bu gün norveçli Maqnus Karlsenlə qarşılaşacaq.


Xəbər xətti