AFFA yığmamıza rəqib tapdı

13:20 19 Yanvar 2016

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bakıda Macarıstanın müvafiq yaş qrupuna aid komandası ilə 2 yoldaşlıq oyunu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, komandalar fevralın 23-də saat 18:00-da, fevralın 25-də isə saat 11:00-da qarşılaşacaq.

 

Hər iki oyun Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında təşkil olunacaq.


Digər xəbərlər

Xəbər xətti