"Neftçi İdman Klubu"ndan Azərbaycan kubokunda 3 medal

18:49 19 Yanvar 2016

Böyüklər arasında keçirilən qadın güləşi üzrə açıq Azərbaycan kubokuna yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, Hövsan Olimpiya İdman Kompleksində təşkil olunan yarışa Azərbaycan güləşçiləri ilə yanaşı, Qazaxıstan, Macarıstan və Ukraynadan olan pəhlavanlar da qatılıblar.

 

"Neftçi İdman Klubu"nun turnirdə mübarizəyə qoşulmuş xanım idmançılarından üçü yarışın mükafatçıları arasında yer alıb. Şəfəq Muradzadə (48 kq) və Almaz İsmayılova (55 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər idmançımız Səbirə Əliyeva (75 kq) isə bürünc medalla kifayətlənməli olub.


Digər xəbərlər

Xəbər xətti