Pelleqrini Çili millisini çalışdırmaqdan imtina etdi

14:07 20 Yanvar 2016

"Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini Çili millisini çalışdırmaq istəmir. Sportarena.az xəbər verir ki, bu barədə çilili mütəxəssis özü məlumat verib:

 

"Hələlik Avropada qalmaq istəyirəm və ən azı qarşıdakı 3-4 ildə Çiliyə qayıtmağı düşünmürəm. Yəqin ki, federasiya ölkədə işləmək istəyən mütəxəssis axtaracaq".

 

Qeyd edək ki, Çili millisinin baş məşqçisi Xorxe Sampaoli dünən istefa verib.


Digər xəbərlər

Xəbər xətti