Prosineçki: "Rəqibimiz də güclü komandadır"

11:29 23 Yanvar 2016

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı və yoxlama oyunları keçirən Azırbaycan Premyer Liqası klublarının hazırlıq prosesini yaxından izləyən Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki U-21 yığmamızın “Antalya Cup” turniri çərçivəsində Ukraynanın müvafiq yaş qrupuna aid komandası ilə oyununa baxıb. 
 
Sportarena.az   qarşılaşmadan sonra millinin baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:

“Maraqlı oyun izlədik. Komandanın çıxışından razı qaldım. Futbolçularımız yaxşı mübarizə apardılar. Sevindirici məqamlardan biri də Namik Ələskərovun uzun fasilədən sonra yaşıl meydanlara dönüşü və 2 qol vurmasıdır. Unutmayaq ki, rəqibimiz də güclü komandadır. Onları yaxşı tanıyıram”.
  


Digər xəbərlər

Xəbər xətti