Bakıda idman gimnastikası üzrə Dünya Kuboku keçiriləcək

17:46 23 Yanvar 2016

Bakıda fevralın 19-da idman gimnastikası üzrə Dünya Kuboku start götürəcək.

Bu barədə  Azərbaycan Gimnastika Federasiyasından məlumat verib.

Azərbaycan Milli Gimnastika Arenasında keçiriləcək Dünya Kuboku 3 gün davam edəcək. 

Yarışda 18 ölkənin idmançıları iştirak edəcək. 

Çempionatda Azərbaycan 4 qız və 2 oğlan olmaqla, 6 idmançı ilə təmsil olunacaq.(atv.az)


Xəbər xətti