Karateçilərimiz Fransada beynəlxalq turnirdə iştirak edirlər

22:48 23 Yanvar 2016

Azərbaycanın karate üzrə milli komandasının üzvləri beynəlxalq yarışda iştirak etmək üçün Fransadadır.

Dünya Karate Federasiyasının Premyer Liqa yarışlarından ən nüfuzlusu “Paris Open”də əsasən böyüklərdən ibarət heyətin 15 idmançısı tatamiyə çıxacaq.

Yanvarın 22-də start götürən turnirdə iştirak üçün federasiya prezidenti Yaşar Bəşirov və birinci vitse-prezident Rəhman Hətəmovun rəhbərliyi ilə heyətə Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi 67 kq), Rafael Ağayev, Samir Məmmədov (hər ikisi 75 kq), Ayxan Mamayev, Pənah Abdullayev (hər ikisi 84 kq), Asiman Qurbanlı, Əli Cəfərov, Şahin Atamov (hər üçü 84 kiloqramdan yuxarı), həmçinin Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq) və Fəridə Abiyeva (61 kq) daxil edilib. Beynəlxalq hakimlərdən Cahangir Babayev, Yusif Məmmədov və baş məşqçinin köməkçisi Rəşad Hüseynov da Premyer Liqaya yola düşüblər.

Tehranda təşkil olunacaq beynəlxalq turnirdə isə yeniyetmə və gənclərin bir hissəsi mübarizə aparacaq. Gənclərdən ibarət seçmə komandanın böyük məşqçisi Şahin Xudaverdiyevin başçılıq etdiyi heyətə Hümmət Baxşəliyev (57 kq), Ceyhun Mustafayev, Ülvi Qurbanov (60 kq), Şahin Quluzadə, Orxan Şabanov (67 kq), Vüsal Kamallı (75 kq), Nəcməddin Bünyadov, Turqut Həsənov (hər ikisi 84 kq), Sərxan Quluzadə (84 kiloqramdan yuxarı), Roman Heydərov (kata), eləcə də Aysel Babayeva və Asya Məlikova (hər ikisi 50 kq) və Aytac Əliyeva (55 kq) cəlb olunub.

Yeniyetmə və gənclər fevralın əvvəlində Kiprdə növbəti Avropa çempionatına hazırlaşırlar. 


Digər xəbərlər

Xəbər xətti