Millimiz vahid liderdir

14:45 25 Yanvar 2016

Türkiyədə təşkil olunan "Antalya Kuboku" davam edir.

 

Sportarena.az xəbər verir ki, keçirdiyi ilk iki oyununda qələbə qazanan U-21 millimizin rəqibləri də bir neçə oyuna çıxıb. Belə ki, Ukrayna (U-21) yığması Kosovo (U-20) üzərində 2:0 hesablı qələbəyə sevinib. Albaniya (U-21) isə Bəhreynə (U-20) 1:0 hesabıyla qalib gəlib.

 

Qeyd edək ki, yığmamız ilk oyunda Ukraynaya 2:1, ardından isə Səudiyyə Ərəbistanına (U-20) 3:0 hesabıyla qalib gəlmişdi. Millimiz turnirdə növbəti oyununu yanvarın 26-da, Bakı vaxtı ilə saat 13:00-da Albaniyanın U-21 komandasına qarşı keçirəcək.

 

Turnir cədvəli

 

Azərbaycan - 6

Albaniya - 4

Ukrayna - 3

Səudiyyə Ərəbistanı

Bəhreyn -1

Kosovo - 1.


Xəbər xətti