Balayev yenə "18-lik"dən kənarda qaldı

15:37 25 Yanvar 2016

Almaniya Bundesliqasında 18-ci turun oyunları keçirilib. Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Ayntraxt" da növbəti matçına çıxıb.

 

Frankfurt təmsilçisi doğma meydanda "Volfsburq"la qarşılaşıb. Matç futbolçumuzun komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.

 

Qeyd edək ki, "Ayntraxt" hazırda 20 xalla 14-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti