Lui Van Qalın əvəzinə Giqs

22:57 25 Yanvar 2016

"Mançester Yunayted"in baş məşqçisi Lui Van Qal qovulma ərəfəsindədir.

Sportarena.az xəbər verir ki, "Sauthempton"a son turda məğlubiyyətdən sonra klubun vitse prezidenti Ed Vudvord aparıcı futbolçularla məşqçinin məşq metodikası haqda müzakirələr aparıb.
Vudvord Van Qalın yerinə mövsümün sonuna qədər Giqsi təyin etmək istəyir. Lakin Uelsli mütəxəssis bununla razı deyil. O , Devid Moyesin istefasından sonra artıq bunu keçib. Bu səbəbdən də Giqs müvəqqəti deyil , yeni mövsümün əvvəlindən daimi əsasda baş məşqçi olmağı istəyir.


Xəbər xətti