Azərbaycan Avropa çempionatına ev sahibliyi edəcək

01:32 26 Yanvar 2016

Azərbaycan daha bir mötəbər yarışa ev sahibliyi edəcək. 2018-ci ildə batut gimnastikası üzrə Avropa çempionatı Bakıda təşkil olunacaq.
Sportarena.az xəbər verir ki, bu barədə qərar Avropa Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin İsveçrənin Lozanna şəhərində keçirilən iclasında qəbul edilib. Bədii gimnastika üzrə üç dəfə qitə çempionatına ev sahibliyi edən respublikamız batut üzrə ilk dəfə belə mötəbər yarışı təşkil edəcək.

Fevralın 19-dan 21-dək Azərbaycanda idman gimnastikası, martın 5-6-da isə batut üzrə dünya kubokunun mərhələ yarışı keçiriləcək. Bədii gimnastika üzrə analoji yarış isə “Rio-2016” Olimpiya Oyunları ərəfəsində - iyulun 22-24-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

Azərbaycanda batut gimnastikasının əsası 2013-cü ilin sonunda qoyulub. Birinci Avropa Oyunları üçün hazırlanan komandamızın heyətində İlya Qrişunin “Bakı-2015”in bürünc medalını qazanmışdı.


Digər xəbərlər

Xəbər xətti